Qarsda şəhidlərimizin ruhuna dua oxundu - Video

Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində 8 hərbçimizin şəhid olması Türkiyədə də hüznlə qarşılanıb. Türkiyənin Qars vilayətində cümə namazında Azərbaycan şəhidlərinin ruhlarına dualar oxunub, erməni işğalçıların əməlləri lənətlənib.

Qeyd edək ki, son iki gündə qoşunların təmas xəttində baş verən atışmalarda 12 hərbçimiz şəhid olub. Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu baş verən hadisə ilə bağlı Azərbaycan xalqına başsağlığı verib.



APA