Azərbaycan və Ermənistan ordularının müqayisəsi - STATİSTİKA

Xarici hərbi media Azərbaycan və Ermənistan Silahlı Qüvvələrinin müqayisəsini aparıb. Aznews.az xəbər verir ki, Azərbaycanda şəxsi heyətin sayı 66950, ehtiyat qüvvə 300 min nəfər göstərilib. Ermənistanda isə bu göstərici 48850-nin 210-a nisbətindədir.
Azərbaycan ordusunun sahib olduğu tankların sayı 339, Ermənistanda 110-dur. Piyadaların döyüş maşını sayında isə düşmənlərdən cüzi üstünlüyümüz var-111-104.
Zirehli nəqliyyat vasitəsinin sayında isə təxminən 4 dəfə üstünük-575 -136.

Ordumuzun 44 döyüş təyyarəsi olduğu halda düşmən ölkədə bu gəstərici15-dir. Ordumuz 66 döyüş vertolyotuna malikdir. Ermənilərdə isə bu rəqəm 31-dir.

İntiqam Valehoğlu
Aznews.az