İTV bütün telekanalları devirdi - SORĞU+FOTO

AzNews.az-ın keçirdiyi növbəti aylıq sorğu başa çatıb. "Hansı telekanalımıza baxırsınız" sualına 9 variant - AzTv, İTV, ANS, "Xəzər", ATV, "Lider", "Space", "Mədəniyyət" və "İdman Azərbaycan" telekanallarının adı təqdim olunmuşdu. Sorğuda ümumilikdə 11908 nəfər iştirak edib. Cəmi 269 nəfər "Lider" televiziyasına səs verib. 353 nəfər ANS-ə, 395-i "Xəzər"ə, 491-i Space-ə, 609 şəxs ATV-yə səs verib. Sorğuda iştirak edənlərdən 1008 nəfəri "Mədəniyyət" kanalına, 1806-sı AZTV-yə baxdığını qeyd edib. Əsas rəqabət isə "İdman Azərbaycan" və İTV arasında gedib. Belə ki, ilk günlərdə üstünlüyü ələ alan "İdman" kanalı yekunda İTV-yə 3679-3298 hesabıyla uduzub. Beləliklə keçirdiyimiz sorğuda İTV ən çox baxılan yerli telekanal ünvanını qazanıb.


AzNews.az