13:26
(077) 610-22-33

Rüstəm İbrahimbəyov: “İttifaq heç vaxt siyasətlə məşğul olmayıb”

  • >
986 2 Avqust 2014 10:12 | Cəmiyyət

Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri Rüstəm İbrahimbəyov 2 Avqust - Kino Günü ilə əlaqədar qurum üzvlərinə müraciət edib.
İttifaqdan AzNews.az-a verilən məlumata görə, müraciətdə kino işçilərini üzvlərini peşə bayramı münasibətilə təbrik edən R. İbrahimbəyov bildirib ki, ondan asılı olmayan səbəblərdən Azərbaycana dönə bilmir: "Kinematoqrafçılar İttifaqı yarandığı vaxtdan milli kinomuzun maraqlarını qoruyub, il boyu cəkilən uğurlu filmlərin müəliflərini mükafatlarla təltif edib. Kinemotoqrafçılar İttifaqı heç vaxt siyasətlə məşğul olmayıb. Bu yaxşıdır, yoxsa pis, amma bu bir faktdır. Əminəm ki, gec və ya tez ədalət bərpa olunacaq, təşkilatımız düşdüyü cətinlikərin öhdəsindən gələcək".

İttifaq bəzi kino işçilərinin mükafatlandırılması barədə də qərar çıxarıb. Kinorejissor Tahir Əliyev, kinooperator Nizami Abbas, əməkdar mədəniyyət işçisi, səs rejissoru Əsəd Əsədov təltif olunublar.
Mükafatlar qaliblərə avqustun ortalarında keçiriləcək mərasimdə təqdim olunacaq.

Bahar Rüstəmli
AzNews.az
Bağla X