13:27
(077) 610-22-33

SOS: Tərtərdə şiddətli döyüş gedir: Rayona 5 şəhid gətirilib!

  • >
9 442 2 Avqust 2014 11:13 | Cəmiyyət

Erməni silahlı qüvvələri ilə Tərtər istiqamətində şiddətli atışmalar davam edir.

Bu barədə məlumatı AzNews.az-a Tərtər rayon İcra Hakimiyyətinin nümayəndəsi Tofiq Hüseynov bildirib. O vurğulayıb ki, hazırda rayon üzrə cəbhəyani ərazilərdə şiddətli atışma səsləri eşidilməkdədir: "Bütün kəndlər ermənilər tərəfindən atəşinə məruz qalır. Amma buna baxmayaraq, Azərbaycan Silahlı Qüvvələrinin əzmkarlığı nəticəsində düşmən tərəfi susdurulur. Hazırda Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov və müavinlər yerlərdədir".

T.Hüseynov bildirib ki, Erməni Silahlı Qüvvələrinin açdığı atəş nəticəsində dünən 2-i, bu gün isə 3 şəhid rayona gətirilib.

Amid
AzNews.az

Bağla X