Evin tək oğlu – ŞƏHİD OLDU!

Son iki gün ərzində cəbhə bölgəmizdə baş verən atışmalardan şəhid olan 14 nəfərdən nəfərdən biri, Salyan rayonundan hərbi xidmətə çağırılmış Səftər Məmmədov evin tək oğlu imiş.

Bu barədə AzNews.az-a şəhidin qohumları məlumat verib.
Bildirilib ki, çox kasıb ailənin uşağı olan Məmmədovun bir neçə il əvvəl iki bacısından biri 18 yaşında faciəli şəkildə dünyasını dəyişibmiş.

Allah rəhmət eləsin!

İntiqam Valehoğlu
AzNews.az