02:14
(077) 610-22-33

“Bu, Ermənistana kömək deməkdir” - Mediaya müraciət

  • >
5 367 2 Avqust 2014 12:47 | Cəmiyyət

Parlament Jurnalistlər Birliyi və Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının start verdiyi "Şuşaya azadlıq" kampaniyası çərçivəsində yaradılmış Sosial Şəbəkələr və Media ilə İş İşçi Qrupu Azərbaycanda fəaliyyət göstərən Kütləvi İnformasiya Vasitələrinə müraciət ünanlayıb.

AzNews.az xəbər verir ki, müraciətdə deyilir:

"Son günlər cəbhə xəttində baş verən hadisələrlə bağlı Azərbaycanda fəaliyyət göstərən bəzi saytlar bilərəkdən, yaxud bilməyərəkdən erməni təbliğat maşınına xidmət göstərirlər. Unutmamalıyıq ki, yaşadığımız zaman kəsiyində müharibələrdə yalnız silahlar işləmir. İnformasiya müharibəsi daha aktual, daha təsirli vasitə kimi ortadadır və bu müstəvidə qalib gələnlər bütün sahələrdə qalib olur. Təəssüfedici haldır ki, bəzi halda bizdə media mənsubları bu məsələnin o qədər də fərqinə vara bilmirlər. Nəticədə əsgər ölümü, Azərbaycan kəndlərinin guya boşaldılması, itkilərlə bağlı məsələləri az qala şouya çevirirlər. Bu, birmənalı şəkildə yolverilməzdir və birbaşa Ermənistana dəstək deməkdir. Həmin media mənsublarına müraciət edirik. Bu günə qədər bir erməni qəzetində, saytında Ermənistanın əleyhinə bir məlumat görmüsünüzmü? Yaxud Azərbaycanın lehinə erməni mətbuatında bir xəbərə rast gəlmisinizmi? Ermənistan mətbuatı bu məsələdə koordinə edilmiş şəkildə çox ciddi və az qala zərgər dəqiqliyi ilə işləyir. Biz nə edirik? Ermənistan mətbuatının Azərbaycan əleyhinə yaydığı dezinformasiyaları nöqtə, vergülünə toxunmadan öz saytlarımızda yerləşdiririk. Dövlətimiz, millətimiz üçün ən həssas, ağrılı məsələdə belə mövqe nümayiş etdirmək Ermənistana kömək deməkdir. Ona görə də bütövlükdə Azərbaycanda fəaliyyət göstərən KİV-lərdən xahiş edirik ki, heç olmasa Qarabağ, müharibə, ordu, ölkəmizin təhlükəsizliyi kimi məsələlərdə yanlışlıalaqa yol verməsinlər, dəqiqləşdirilməmiş məlumatları yaymasınlar".
Bağla X