04:09
(077) 610-22-33

Əflatun Amaşovdan jurnalistlərə cəbhəylə bağlı - ÇAĞIRIŞ

  • >
2 322 2 Avqust 2014 14:23 | Cəmiyyət

"Son günlər cəbhə xəttində yaşanan olaylar hamımızı narahat edir. Görünən odur ki, düşmən tərəfi Azərbaycanı ciddi cəhdlə təxribatlara çəkməyə çalışır".



Bunu "AzerFax"a açıqlamasında Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov cəbhədəki vəziyyətlə bağlı mətbuatda təqdim olunan informasiyalara münasibət bildirərkən deyib. Şura sədri erməni tərəfinin təxribat məqsədilə yaydığı xəbərlərin Azərbaycan mediasına da çıxmasından təəssüfləndiyini bildirib və bu kimi halların yol verilməz olduğunu vurğulayıb: "İndiki şəraitdə jurnalistlər hər bir informasiyaya xüsusi həssaslıqla yanaşmalıdır. Erməni mətbuatının təxribat xarakterli məlumatlrına istinadlar bizim üçün yaxşı nəticələr verməz. Cəmiyyətdə xof yarada biləcək əsassız, hər hansı mənbəyə söykənməyən xəbərlərdən qaçmaq lazımdr. Əlbəttə, əsgərlərimizin şəhid olması bizim hər birimiz üçün ağır dərddir. Mən şəhid əsgərlərimizin yaxınlarına bir daha başsağlığı verir, Allahdan şəhidlərimizə rəhmət diləyirəm. Lakin müharibə vəziyyətində jurnalistlər həm də soyuqqanlı davranmağı bacarmalı, baş verən hadisələrin cəmiyyətə mənfi təsirlərinin ola biləcəyini nəzərdən qaçırmamalıdırlar. Belə vəziyyədə iqtidarlı müxalifətli hamı ümumilli və dövlət maraqlardan çıxış etməlidir".

Ə.Amaşov onu da qeyd edib ki, cəbhə xəbərlərində Müdafiə Nazirliyinin mövqeyi üstünlük təşkil etməlidir: "Jurnalistləri cəbhə xəbərlərinə xüsu diqqətlə yanaçmağa çağırıram. Bizim üzərimizə düşən budur".

Bağla X