Cəbhədə şiddətli döyüşlər gedir - SON DƏQİQƏ

Ermənistan silahlı qüvvələrinin cəbhə xəttində təxribatları bu gecə də davam edir.

AzNews.az-a daxil olan məlumata görə, düşmənlər Ağdam, Tərtər və Qazaxın sərhəd kəndlərini iri çaplı silahlardan atəşə tutub.
Hər üç istiqamətdə şiddətli döyüş gedir.

Sakinlərin dediyinə görə, Milli Ordumuz düşmənə adekvat cavab verməkdədir.

İtkilər barədə hələlik heç bir məlumat yoxdur.