Sabah yağış yağacaq - VİDEO

Bakıda və Abşeron yarımadasında avqustun 4-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan AzNews.az-a bildiriblər ki, əsasən gecə və səhər yarımadanın bəzi yerlərində yağış yağacağı ehtimalı var. Temperaturun gecə 20-25, gündüz 30-35 dərəcə isti, Bakıda gecə 22-24, gündüz 31-33dərəcə isti olacağı gözlənilir.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 25-26, Zağulba, Mərdəkan, Şüvəlan, Buzovnada 26-27, Türkan, Hövsan, Şıx, Sahildə 27-28 dərəcə isti təşkil edəcək. Azərbaycan rayonlarında əsasən hava əsasən yağmursuz keçəcək. Lakin gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Temperaturun gecə 18-23, gündüz 32-37 dərəcə isti olacağı gözlənilir, dağlarda gecə 14-19 isti, gündüz 23-28 dərəcə isti olacağı gözlənilir.



AzNews.az