15:20
(077) 610-22-33

“Düşmən tərəf 71 itki verib“ - general Rövşən Əkbərov

  • >
2 354 3 Avqust 2014 23:07 | Cəmiyyət

Bu gün şəhid olmuş gizir İsa Almazovun üç mərasimi keçirilib.

Ölümündən sonra üçüncü dərəcəli medalla təltif edilən şəhidin mükafatını Azərbaycanın Milli Qəhrəmanı, general-leytenant Rövşən Əkbərəv təqdim edib.

"Qafqazinfo"nun cəbhə bölgəsinə ezam olunmuş müxbirinin verdiyi xəbərə görə, mərasimdə şəhidin yaxınları ilə görüşən general-leytenant son günlərdə baş verən atışmalar nəticəsində erməni ordusunun 71 əsgərinin öldürüldüyünü və 80 əsgərin yaralandığını bildirib:

"Bu döyüşlərdə, baş verən atışmalarda düşmənin 6-7 postu məhv edilib".

Qeyd edək ki, Qazax rayonundan hərbi xidmətə çağırılmış gizir, 1977-ci il təvəllüdlü Almazov İsa Ziyad oğlu ötən gün cəbhə xəttində gedən atışmalarda düşmən gülləsinə tuş gələrək şəhid olub.

Allah rəhmət eləsin!
Bağla X