17:47
(077) 610-22-33

Zakir Həsənov Ağdamdadır - YENİLƏNİB

  • >
2 624 4 Avqust 2014 10:09 | Cəmiyyət

Müdafiə naziri, general-polkovnik Zakir Həsənov hazırda Ağdamdadır.

Bu barədə məlumatı virtualaz.org saytının Ağdama ezam olunmuş əməkdaşı verib.

Müdafiə nazirinin korteji bir neçə dəqiqə əvvəl Ağdam rayonunun Əfətli kəndi istiqamətində hərəkət edib. Zakir Həsənov Azərbaycan ordusunun cəbhə bölgəsində yerləşən mövqelərinə baş çəkəcək.

Əfətliyə gedən yollar polis əməkdaşları və nazirliyin hərbi maşınları tərəfindən nəzarətə götürülüb.


***
11:35


Müdafiə naziri, general-polkovnik Zakir Həsənov ötən gün Goranboy rayonundakı cəbhə xəttində olub. ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, Z. Həsənov son günlər cəbhə xəttində baş verən .
Onun şəxsi heyətlə görüşdüyü və öz tapşırıqlarını verdiyi də bildirilir.

Zakir Həsənov Tərtər rayonundakı cəbhə xəttində də olacağı gözlənilir.

Qeyd edək ki, Müdafiə naziri general-polkovnik Zakir Həsənovun 3 avqust 2014-cü il tarixli əmrinə əsasən "Azərbaycan Respublikasının "Hərbi xidmətdə fərqlənməyə görə" medalı haqqında" Əsasnaməyə müvafiq olaraq, aşağıda adları göstərilən hərbi qulluqçular ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medal ilə təltif ediliblər:

1. Gizir Almazov İsə Ziyad oğlu
2. Gizir Əliyev Pərvin Səlahəddin oğlu
3. Kiçik gizir Hüseynov Rahil Əfsər oğlu
4. Kiçik gizir Əhmədov Elçin Rasim oğlu
5. MAHHXQ əsgər Quliyev Sənan Qeyrət oğlu
6. MAHHXQ əsgər Əhmədov Qaryağdı Eldar oğlu
7. Əsgər Məmmədov Səftər Əlihüseyn oğlu
8. Əsgər Rəhimov Əli Fətulla oğlu
9. Əsgər Coşqunov Mustafa Əhmədcan oğlu
10. Əsgər Abdulov Hüseyn Etibar oğlu
11. Əsgər İbrahimov Elnur Məhiyəddin oğlu
12. Əsgər Poladov Vüqar Hidayət oğlu

Müdafiə nazirinin göstərişinə əsasən bu gün də hərbi qulluqçuların ailələrinə medalların təqdim edilməsi mərasimləri təşkil ediləcək.

AzNews.az
Bağla X