02:12
(077) 610-22-33

Vəkili Rəsul Cəfərovla görüşüb

  • >
600 4 Avqust 2014 12:41 | Cəmiyyət

Vəkil Xalid Bağırov həbsdə olan İnsan Haqları Klubunun sədri, hüquq müdafiəçisi Rəsul Cəfərovla görüşüb.

Xalid Bağırov AzNews.az-a açıqlamasında bildirib ki, Bakı İstintaq Təcridxanasında saxlanılan Rəsul Cəfərovun səhhətində problem yoxdur və özünü yaxşı hiss edir:
"Bu dəqiqə Rəsulla görüşdən çıxıram. O, özünü yaxşı hiss edir. Səhhəti də qaydasındadır. Rəsul həbs olunacağını gözlədiyini deyir. Ona qarşı irəli sürülən ittihamların isə heç birini qəbul etmir".
Xatırldaq ki, "Real" hərəkatının üzvü, hüqüq müdafiəcisi Rəsul Cəfərov avqustun 2-də həbs edilib.

R. Cəfərov Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində ifadə verdikdən sonra ona qarşı Cinayət Məcəlləsinin qanunsuz sahibkarlıq, vergidən yayınma və vəzifə səlahiyyətlərini aşma maddələri ilə ittiham irəli sürülüb.

Onun barəsində 3 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.

Bahar Rüstəmli
AzNews.az
Bağla X