Anar Məmmədov “Yeni Müsavat”ın pullarına

Nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədov məhkəmənin qərarı ilə "Yeni Müsavat" qəzetinin ödəməli olduğu cəriməni almağa başlayıb.

AzNews.az-ın məlumatına görə, artıq qəzetin bank hesabından cərimənin tutulmasına start verilib. Xatırladaq ki, məşhur "Ayı işi"nin çəkişməsi zamanı məhkəmə A. Məmmədovun iddiasını təmin edib və bundan sonra məqaləni dərc edən "Yeni Müsavat" və "Azadlıq" qəzetlərini müştərək qaydada 4 min manata cərimə olunub. "Azadlıq" qəzeti üzr istəyəndən sonra cərimə ona bağışlanılıb. Məhkəmə "Yeni Müsavat"ın borcunu isə ləğv etməyib. Onu da qeyd edib ki, "Yeni Müsavat" qəzetinin təsisçisi və baş redaktoru Rauf Arfioğlu bildirib ki, hazırda Məhkəmə Qərarları İcrası İdarəsinin Nizami rayon Şöbəsi ilə məhkəmə çəkişməsi getdiyi halda, qəzetin hesabından 1377 manat icra ilə pul götürülüb: ""Yeni Müsavat" qəzetinin rəhbərliyi bunu oğurluq hesab edir. Çünki bu, qanunsuzdur. Tərəflərdən biri müştərək qaydada cərimələnmiş borcdan azad olunubsa, avtomatik olaraq o biri də azad olunmuş deməkdir. Buna baxmayaraq, "Yeni Müsavat" qəzetindən qanunsuz olaraq pul götürülüb".

AzNews.az