Əsgərlərimizin şəhid olduğu gün oliqarxımızın oriental konserti - Video

Azərbaycanla Ermənistan qoşunlarının təmas xəttində baş verən atışmaların qızğın çağında və 4 şəhid xəbəri aldığımız məqamda oliqarxlarımızdan biri konsert verib.

Axar.az-a verilən xəbərə görə, iş adamı Hacı İbrahim Nehrəmli milyardlarla manat qiyməti olan "Khazar İslands" adalarındakı "Stringray" klub-restoranının açılışını atəşfəşanlıqla və konsert proqramı ilə qeyd edib.

Tədbirə dəvətli olanlardan birinin əməkdaşımıza verdiyi məlumata görə, mərasim müxtəlif şou proqramlar və rəqqasələrin çılğın rəqsi ilə yadda qalıb.

Xatırladaq ki, müğənnilərimiz, o cümlədən türkiyəli sənətçilər Azərbaycandakı konsertlərini təxirə salıblar, həmçinin ölkədən keçirilən gözəllik müsabiqəsi də ertələnib.

Məsələni gündəmdə saxlayacağıq...





AzNews.az