Sabah hava necə olacaq?

Bakı və Abşeron yarımadasında sentyabrın 12-də hava şəraitinin gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal qərb küləyi əsəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən AzNews.az-a verilən məlumatına görə, yarımadada havanın temperaturu gecə 16-19, gündüz 23-26 dərəcə isti olacağı gözlənilir. Abşeron çimərliklərində dəniz suyunun temperaturu 20-22 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında sentyabrın 12-də gecə və səhər bəzi yerlərdə yağış yağacağı, gündüz kəsiləcəyi gözlənilir. Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 14-19, gündüz 23-28, dağlarda gecə 5-10, gündüz 11-16 dərəcə isti olacaq.

Sentyabrın 12-də respublika ərazisində hava şəraitinin nisbətən sabitləşəcəyi, yağışın səhər qərb rayonlarında, gündüz isə şərq rayonlarında kəsiləcəyi gözlənilir.

İlkin
AzNews.az