11:50
(077) 610-22-33

Rayonlar qazsız qalacaq

  • >
715 6 Avqust 2014 08:41 | Cəmiyyət

Bu gün Bakının bəzi rayonlarında təbii qazın verilişinə məhdudiyyətlər qoyulacaq.

"Azəriqaz" İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən AzNews.az-a bildiriblər ki, qaz nəqli sistemində görülən işlər, yeni çəkilmiş qaz xətlərinin qaz təchizatı mənbəyinə birləşdirilməsi, avtomobil yolunun tikinti sahəsinə düşən mövcud qaz kəmərlərinin təhlükəsiz əraziyə köçürülməsi, eləcə də təmir-bərpa işləri ilə əlaqədar bu gün saat 12.00-dan saat 14.00-dək Hacı Zeynalabdin Tağıyev qəsəbəsinə, saat 14.00-dək Nərimanov və Yasamal, işlər başa çatanadək Binəqədi və Nəsimi, saat 15.00-dan 17.00-dək Sabunçu, saat 18:00-dək isə Şamaxı, İsmayıllı və Lənkəran rayonlarının bir hissəsinə təbii qazın verilişində fasilələr yaranacaq.

AzNews.az
Bağla X