- Köhnə - Cəmiyyət
- 6 Avqust 2014 11:12
- 2 238
Sabah temperatur aşağı düşəcək
Məlumata görə, avqustun 7-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq. Gün ərzində əsasən yağmursuz keçəcək, şimal-qərb küləyi güclənəcək.
Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 21-26, gündüz 30-35 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında avqustun 7-də hava əsasən yağmursuz keçəcək, lakin bəzi dağlıq ərazilərdə lokal xarakterli qısamüddətli az yağış yağacaq, qərb küləyi arabir güclənəcək. Aran rayonlarında havanın temperaturu gecə 19-24, gündüz 33-38 dərəcə, dağlarda gecə 12-17, gündüz 23-28 dərəcə isti olacaq.
AzNews.az