Latviyanın müdafiə naziri Azərbaycana rəsmi səfər edəcək

Latviya Respublikasının müdafiə naziri Raymonds Veyonis avqustun 7-də Azərbaycana rəsmi səfərə gələcək.

Azərbaycan müdafiə Nazirliyinin mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, səfər çərçivəsində qonağın Müdafiə Nazirliyində görüşü planlaşdırılır.

R. Veyonisin rəhbərlik etdiyi nümayəndə heyətinin Silahlı Qüvvələrin Hərbi Akademiyası, H. Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi və Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzi ilə tanışlığı gözlənilir.

Səfər avqustun 11-dək davam edəcək.

AzNews.az