10:13
(077) 610-22-33

“Fars” Agentliyi: “Dağlıq Qarabağda aranı Putin qarışdırıb“

  • >
1 184 7 Avqust 2014 12:06 | Cəmiyyət

"Fars" Xəbər Agentliyi (FXA) Azərbaycan-Ermənistan cəbhəsində yaranmış vəziyyəti təhlil edib.

Axar.az xəbər verir ki, "Fars" Agentliyi 1994-cü ildə başlayan 20 illik atəşkəs dövrünün ən qanlı qarşıdurmalarının yaşandığını bildirərək hadisələrin siyasi bir oyun olduğunu bildirib.

Agentlik atışmaların bütün cəbhə xətti boyu 5 gündür davam etdiyini, şiddətli qarşıdurmalarda Azərbaycan tərəfindən 13 əsgər və 1 mülki vətəndaşın şəhid olduğunu bildirir.

Ermənistan tərəfinin isə itkiləri barədə dəqiq məlumat verməyən agentlik bunun 2, 5, 20 əsgər ola biləcəyini deyir.

FXA məqalənin ikinci hissəsində baş verən qarşıdurmaların kökünə vararaq hadisələrin Avrasiya İttifaqı üzərində qurulduğunu qeyd edir:

"Azərbaycan-Ermənistan cəbhə xəttindəki bu gərginlik və bu gərginliyin səbəbi ilə bağlı müzakirələr davam edərkən başqa bir xəbər gündəmə bomba kimi düşdü - Azərbaycan və Ermənistan prezidentlərinin 8 avqustda Soçidə bir araya gələcəyi bildirildi. Bu xəbərin həm vaxtı, həm də tərəflərin görüşü maraqlı idi. Çünki hər kəs Əliyev-Sərkisyan görüşünün Fransa prezidenti Ollandın təşəbbüsü ilə Parisdə reallaşacağını gözləyirdi. Xatırladaq ki, bir neçə həftə öncə Paris görüşünə hazırlıq barədə xəbərlər yayılmışdı.

Bu səbəbdən də prezidentlərinin Avropada deyil, Soçidə - Rusiyanın patronajlığı altında bir araya gəlməsi cəbhədəki gərginlikdə "Rus izi" olmasına gətirib çıxardır".

Məqalədə bu görüşün Putinin istəyi ilə baş tutacağı və əslində görüşün Qərbə mesaj xarakterli olacağı yazılır: "Putinin üçüncü dəfə prezident seçildikdən sonra ikinci dəfə prezidentləri bir araya gətirməsi çox əhəmiyyətli bir detaldır. Cəbhədəki qarşıdurmalar və gözlənilən Paris görüşü əvəzinə sürpriz Soçi görüşü Rusiya prezidenti Vladimir Putinin "Cənubi Qafqazın ağasının" kim olduğu ilə bağlı xəbərdarlıq xarakteri daşıyır".

AzNews.az
Bağla X