12:13
(077) 610-22-33

Əməkdar artist şəhid ailəsinə baş çəkdi - FOTOLAR

  • >
4 347 7 Avqust 2014 20:30 | Cəmiyyət

Bakı Bələdiyyə Teatrının aktyoru, əməkdar artist Hüsniyyə Mürvətova döyüş bölgələrində həlak olan 8 şəhiddən birinin-Hüseyn Abdinovun qəbrini ziyarət edib.

Bu barədə AzNews.az-a məlumatı aktrisanın özü verib: "Mən bunu özümə borc bilirəm. Elə bilirəm ki, bu təkcə mənim deyil, bütün Azərbaycan vətəndaşlarının borcudur. Bu mənim təşəbbüsüm idi. Heç kəs getməsə də, bu addımı atacaqdım. Sağ olsunlar, Sumqayıt Televiziyasının da əməkdaşları mənimlə idi. Biz mərhum Hüseyn Abdinovun qəbrinin üstünə getdik. Onun ata-anasını, qohum-əğrabasını da gördüm. Anasının danışığından hiss olunur ki, Hüseyn çox mərd uşaq olub. Anası deyir ki, "hərbi xidmətdə gecəykən hücum olub. Kapitan bunların qarşısını kəsə bilməyib. Özünü atıb qabağa ki, onlar atır, biz də atmalıyıq. Bu gedib, 3 əsgər də bunun ardınca gedib. Həmin əsgərlər elə o anda şəhid olub. Bu isə yaralanıb. Sonradan isə ermənilər onu snayperlə öldürüb".

Aktrisa deyir ki, itkilərimizə baxmayaraq, biz ruhdan düşməməliyik: "Müharibə gedən bir ölkədəyik. Əlbəttə şəhid də olacaq, itkilərdə. Bu bizi ruhdan salmamalıdır. Əlimizdən nə gəlirsə dövlətimizə, əsgərlərimizə dəstək olmalıyıq. Lazım olarsa ön cəbhəyə də gedərəm. Onların qarşısında çıxışlar da edərəm. Onlar bizə görə döyüşür. Onların qarşısında baş əymək hər kəsin borcudur. Çox dolmuşam, dəhşətdir".




Bahar Rüstəmli
AzNews.az
Bağla X