00:30
(077) 610-22-33

Məleykə Abbaszadədən şok açıqlama- “4050 vakant yer qalıb”

  • >
1 169 8 Avqust 2014 10:10 | Cəmiyyət

Tələbə adı qazanmış şəxslər 2014-cü il avqustun 8-dən 18-dək sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər.

AzNews.az-ın məlumatına görə, bu barədə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə cümə günü keçirilən mətbuat konfransında məlumat verib.

M. Abbaszadənin sözlərinə görə, vakant yerlərin sayı cəmi 4050-dir.

TQDK sədri bildirib ki, ali təhsil müəssisələrinə (dövlət və özəl) qəbul olan abituriyentlərin sayı I qrup üzrə 92,12 faiz, II qrup üzrə isə qəbulolma faizi 89,77 faiz, III qrup üzrə 90,61 faiz, IV qrup üzrə isə 77,16 faiz olub: "Cəm olaraq qəbulolma faizi 89,28 faizdir. I qrup üzrə 945, II qrup üzrə 1116, III qrup üzrə 981, IV qrup üzrə 1008 vakant yer qalıb".

O bildirib ki, müəyyən olunan müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri ali məktəbə göndərilməyəcək.

AzNews.az
Bağla X