Bu gün Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində ölkəmizdə akkreditə olunmuş xarici dövlətlərin hərbi attaşelərinin iştirakı ilə tədbir keçirilib. Bu gün Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində ölkəmizdə akkreditə olunmuş xarici dövlətlərin hərbi attaşelərinin iştirakı ilə tədbir keçirilib.

Xarici dövlətlərin hərbi attaşeləri ilə nazirlikdə - TƏCİLİ TOPLANTI

Bu gün Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində ölkəmizdə akkreditə olunmuş xarici dövlətlərin hərbi attaşelərinin iştirakı ilə tədbir keçirilib.


Müdafiə Nazirliyindən AzNews.az-a verilən məlumata görə, tədbirdə nazirliyin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi general-mayor Ramiz Nəcəfov və mətbuat xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı iştirak ediblər.

Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində son zamanlar yaranan gərginliklə bağlı tədbir iştirakçılarına ətraflı məlumat verilib. Nazirlik rəsmləri xarici dövlətlərin hərbi attaşelərini cəbhə xəttində atəşkəsin pozulması, düşmənin müdafiənin ön xəttinə etdiyi basqın cəhdlərinin səbəbləri və nəticələri barədə obyektiv informasiya ilə məlumatlandırıblar.

Sonda tədbir iştirakçılarının sualları ətraflı cavablandırılıb.




AzNews.az