16:55
(077) 610-22-33

Düşmənlə üz-üzə olan kənd susuz qalıb - Biabırçılıq (yenilənib)

  • >
1 438 9 Avqust 2014 10:47 | Cəmiyyət

“Azərsu” düşmənlə üz-üzə olan kəndi hələ də susuz qoyub.

AzNews.az-ın cəbhə bölgələrinə ezam olunmuş əməkdaşı xəbər verir ki, Qazaxın Cəfərli kənd sakinləri düşmənlə təmas xəttində üz-üzə olmasına baxmayaraq heç nədən qorxmadıqlarını və heç zaman kəndlərini tərk etməyəcəylərini deyiblər. Sakinlər vurğulayıblar ki, kəndə elektrik enerjisi, təbii qazın verilməsinə baxmayaraq su qıtlığından əziyyət çəkirlər: "Kənddə cəmi bir artezian quyusu var. Bütün kənd sakinləri gündəlik suya olan təlabatlarını ödəmək üçün buradan su gətirirlər. Bəzi sakinlərin evləri bu artezian quyusundan 3-5 kilometr aralı olduğundan sözü gedən məsafəni piyada su gətirməyə gedirlər. Digər bir problem isə artezian suyunun içmək üçün yararsız olmasıdır. Buna görə də məcbur olub, suyu pulla alırıq. Dəfələrlə müvafiq qurumlara müraciət etməyimizə baxmayaraq, hələ də su probleminin həlli üçün tədbir görülmür".

Sakinlər mətbuat vasitəsilə "Azərsu" ASC rəhbərliyinə müraciət ediblər. Müraciətdə deyilir: "Sovet dövründə kəndə su xətləri çəkilib. Amma müstəqillik illərindən bu yana kəndə su verilişi dayandrılıb. Biz xahiş edirik ki, kəndə su verilişini bərpa edəsiniz".

Düşmənlə üz-üzə olan Qazaxın Cəfərli kəndinə içməli suyun verilməməsi ilə bağlı yayılan məlumata "Azərsu" ASC-də reaksiya gəlib.
Qurumun İctimaiyyətlə əlaqələr departamentinin rəisi Anar Cəbrayıllı AzNews.az-a bildirib ki, Qazaxın Cəfərli kəndində suyun verilməsinə "Azərsu" ASC cavabdeh deyil: "Sözü gedən ərazinin su təminatına yerli icra hakimiyyəti və yerli bələdiyyə qurumları cavabdehlik daşıyır".


***

Cəbhə xəttində ezamiyyətdə olan jurnalistlər Qazax rayonun Cəfərli kəndinə içməli su problemi ilə bağlı yerli qurumların nümayəndələrini sakinlərlə görüşə çağırıblar. AzNews.az-ın cəbhə bölgələrinə ezam olunmuş əməkdaşı xəbər verir ki, dərhal kəndə yerli icra hakimiyyətinin və yerli bələdiyyə nümayəndələri gəlib.
Onlar əvvəlcə kənddə içməli su probleminin olmadığını bildiriblər. Qazaxın rayonun yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri, Məmməd Alıyev bildirib ki, kənddə 4 artezian quyusu var. Lakin kənd sakinləri həmin quyunun yalnız birinin işlək vəziyyətdə olduğunu qeyd edirlər. Həmin quyulara baxış keçiriləndən sonra Məmməd Alıyev qısa zamanda problemin həll ediləcəyinə söz verib.

Ramil Məmmədli
AzNews.az
Bağla X