- Köhnə - Cəmiyyət
- 9 Avqust 2014 12:30
- 3 881
“Ata” sığorta müştərilərinə “atır” – ŞİKAYƏT
İ.Rəsulov bildirib ki, iyunun 11-də sahibi olduğu 10 ZZ 443 dövlət nömrə nişanlı BMW markalı avtomobillə qəzaya düşüb.
Qəzadan sonra bütün lazımi sənədlər sığorta şirkətinə təqdim edilsə də, hələlik ödəniş edilməyib: "Avtomobilimə 4500 manat məbləğində ziyan dəyib. Sığortanı ona görə edirlər ki, belə məqamlarda çətin vəziyyətə düşməyəsən. Amma şirkət hələ ki, mənə həmin məbləği ödəmir. Düz iki aydır mən o şirkətə ayaq döyürəm. Gündə bir bəhanə gətirirlər".
Məsələ ilə bağlı sözügedən şirkətlə də əlaqə saxlamağa çalışdıq, ancaq zənglərimizə cavab verən olmadı.
İntiqam Valehoğlu
AzNews.az