08:28
(077) 610-22-33

AMEA zəlzələ ilə bağlı tədqiqatlara başlayır

  • >
507 11 Sentyabr 2012 14:19 | Cəmiyyət

AMEA-nin iki qurumu- Geologiya İnstitutu və Seysmoloji Xidmət Mərkəzi vulkanlarla zəlzələlər arasında əlaqənin öyrənilməsi məqsədilə birgə tədqiqatlara başlayacaq. Bu barədə məlumatı AzNews.az-a Geologiya İnstitutunun palçıq vulkanizmi şöbəsinin müdiri Adil Əliyev verib.

A.Əliyev bildirib ki, vulkanlar zəlzələnin müjdəçisidir və vulkanların fəallaşması zəlzələ baş verəcəyini söyləməyə imkan verir: "Bu zəlzələnin proqnozu deyil. Zəlzələni əvvəlcədən proqnozlaşdırmaq olmaz. Palçıq vulkanlarının püskürməsi ilə regionun seysmikliyi arasında əlaqə var".

Şöbə müdirinin sözlərinə görə, güclü zəlzələlər palçıq vulkanlarını püskürməyə vadar edir. 2001-ci ilin seysmik aktivliyi həmin il 10-dan artıq palçıq vulkanının püskürməsinə səbəb olub : "Müşahidələr göstərir ki, zəlzələ baş verməmişdən qabaq vulkanların püskürmə məhsulları olan su, qaz və brekçiyanın tərkibi dəyişikliyə uğrayır. Bu dəyişiklik vulkan püskürməsindən xeyli vaxt əvvəl başlayır. Palçıq vulkanı məhsullarında baş verən dəyişikliklər müəyyən mənada zəlzələ müjdəçisidir".

Zəlzələnin baş verməsinə son hazırlıq mərhələsində vulkanlarda fəallığın artdığını deyən şöbə müdiri tədqiqatlara yaxın zamanda başlanacağını bildirib.

E.Əlosmanqızı
AzNews.az
Bağla X