Müdafiə Nazirliyinin hərbi hissəsinin taktiki təlim bazasında şərti səfərbərlik hazırlığı üzrə məşğələ keçirilib. Müdafiə Nazirliyinin hərbi hissəsinin taktiki təlim bazasında şərti səfərbərlik hazırlığı üzrə məşğələ keçirilib.

Azərbaycanda səfərbərlik hazırlığına başladı

Müdafiə Nazirliyinin hərbi hissəsinin taktiki təlim bazasında şərti səfərbərlik hazırlığı üzrə məşğələ keçirilib.


AzNews.az-ın məlumata görə, toplanışda səyyar tipli şəxsi heyətin qəbulu məntəqəsi yaradılıb və dinləyici zabitlərə ehtiyatdan gələn hərbi qulluqçuların siyahılara uyğun vəzifələrə təyinedilmə qaydaları izah olunub.

Müdafiə Nazirliyinin məsul zabiti, polkovnik Elçin Daşpoladov bildirib ki, səfərbərlik elan olunduqda döyüşən hərbi hissələrdə səhra tipli şəxsi heyətin qəbul məntəqələri yaradılır. Təlimin əsas məqsədi döyüşən hərbi hissələri komplektləşdirməkdir.

Nazirlik nümayəndəsi qeyd edib ki, Silahlı Qüvvələrin növləri, birlik, birləşmə və hərbi hissələrin səfərbərlik işinə cavabdeh şəxsləri ilə şəxsi heyətin qəbul məntəqəsinin təşkili üzrə nümunəvi məşğələ ilk dəfədir keçirilir.

AzNews.az