Cəbhə bölgəsində olan jurnalistlər bu gün Qazax rayonun Cəfərli kəndində şəhid olmuş gizir İsa Almasovun yas mərasimində iştirak ediblər. Cəbhə bölgəsində olan jurnalistlər bu gün Qazax rayonun Cəfərli kəndində şəhid olmuş gizir İsa Almasovun yas mərasimində iştirak ediblər.

Jurnalistlər şəhidin hüzr mərasimində -FOTO

Cəbhə bölgəsində olan jurnalistlər bu gün Qazax rayonun Cəfərli kəndində şəhid olmuş gizir İsa Almasovun yas mərasimində iştirak ediblər.



AzNews.az-ın məlumatına görə,mərasimdə Qazax rayon icra hakimiyyətinin nümayəndələri, ictimaiyyət nümayəndələri, ziyalıra iştirak ediblər. Həmçinin bölgələrimzdən şəhidi anmaq üçün çoxlu sayda insanlar da mərasimə qatılıblar. Onların sözlərinə görə, istənilən şəhid bütün Azərbaycamn xalqının oğludur.

Mərasimdə mərhum İ. Almasovun həyatı yoldaşı ərinin vətən uğrunda şəhid olması ilə qürur duyduğunu deyib. Onun sözlərinə görə, Azərbaycanın igid əsgərləri onun qanını yerdə qoymayıblar. Xatırladaq ki, Qazax rayonundan hərbi xidmətə çağırılmış gizir, 1977-ci il təvəllüdlü Almazov İsa Ziyad oğlu avqustun 2-də cəbhə xəttində gedən atışmalarda düşmən gülləsinə tuş gələrək şəhid olub.

Ölümündən sonra gizir Almasov İsa Ziyad oğlu hərbi xidmətdə göstərdiyi şücaətə və xidmətlərinə görə üçüncü dərəcəli medalla təltif edilib.Medalı şəhidin oğluna general-leytenant, Milli Qəhrəman Rövşən Əkbərov təqdim edib.



AzNews.az