00:29
(077) 610-22-33

Həftənin ilk iş günündə hava necə olacaq?

  • >
828 10 Avqust 2014 17:02 | Cəmiyyət

Sabah Bakıda hava dəyişkən buludlu olacaq.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AzNews.az-a verilən məlumata görə, avqustun 11-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, yağmursuz keçəcək.

Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 24-26, gündüz 33-35 dərəcə isti olacaq.

Avqustun 11-də Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək, lakin axşam və gecə bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var.

Aran rayonlarında havanın tempoeraturunun gecə 19-24, gündüz 33-38 dərəcə isti, dağlarda gecə 15-20, gündüz 26-31 dərəcə isti olacağı gözlənilir.

AzNews.az
Bağla X