Türkiyənin TRT1 telekanalı Türkiyəyə müalicə üçün göndərilən Azərbaycan Ordsunun əsgərləri ilə bağlı reportaj hazırlayıb. Türkiyənin TRT1 telekanalı Türkiyəyə müalicə üçün göndərilən Azərbaycan Ordsunun əsgərləri ilə bağlı reportaj hazırlayıb.

Türkiyə bu əsgərimizdən danışır - VİDEO

Türkiyənin TRT1 telekanalı Türkiyəyə müalicə üçün göndərilən Azərbaycan Ordsunun əsgərləri ilə bağlı reportaj hazırlayıb.



ANS PRESS-in məlumatına görə, Azərbaycan əsgərindən müsahibə götürən jurnalist hərbçimizin sözləri qarşısında kövrəlib.

"Azərbaycan mənim anamdır. Son nəfəsimə kimi savaşaram. Düşməni məhv etməyə hazıram. Canımdan keçərəm, amma düşməni torpaqlarımıza girməyə qoymayaram. Fəxr edirəm ki, Azərbaycan uğrunda yaralanmışam. Ən böyük arzum budur ki, sağalım, ayağa qalxım gedib döyüşlərdə iştirak edim, qisasımı alım", deyə Azərbaycan əsgəri bu sözləri deyərkən özü də kövrəlir.

Qeyd edək ki, cəbhənin müxtəlif istiqamətlərində erməni kəşfiyyat-təxribat qrupunun son basqınları zamanı yaralanan 3 əsgərimiz müalicə üçün Türkiyəyə göndərilib. Əsgərlərimizin sayıqlığı nəticəsində həmin basqınlar zamanı ermənilər xeyli itki verərək geri çəkilmişdi.



AzNews.az