04:08
(077) 610-22-33

Vəkili müdafiə edənlər KXCP-yə toplaşır

  • >
859 11 Avqust 2014 13:11 | Cəmiyyət

Bu gün hazırda həbsdə olan Hüqüq Maarifçiliyi Çəmiyyətinin sədri, vəkil İntiqam Əliyevin haqlarının müdafiəsinə həsr olunman tədbir keçiriləcək.


Bu barədə məlumatı AzNews.az-a Milli Şuranın mətbuat xidmətinin rəhbəri Oqtay Güləliyev verib.

Onun sözlərinə görə, tədbir Klassik Xalq Cəbhəsi Partiyasının qərargahında keçiriləcək və tədbirə müxalifət nümayəndələrinin da iştirakı gözlənilir.

Qeyd edək ki, İ. Əliyev avqustun 8-də Cinayət Məcəlləsinin 213.1-ci (vergidən yayınma), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 192.2-ci (qanunsuz sahibkarlıq) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Bahar Rüstəmli
AzNews.az
Bağla X