02:14
(077) 610-22-33

İlham Əliyev İran Prezidentinə bassağlığı verdi

  • >
882 11 Avqust 2014 14:50 | Cəmiyyət

Azərbaycan Prezidenti İlham Əliyev İran İslam Respublikasının Prezidenti Həsən Ruhaniyə bassağlığı verib.



Bassağlığı məktubunda deyilir: "Hörmətli cənab Prezident, Tehran şəhəri yaxınlığında sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı xəbəri məni olduqca kədərləndirdi.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün İran xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm. Allah rəhmət eləsin!"

AzNews.az
Bağla X