04:08
(077) 610-22-33

İlham Mirzəyevin istintaqı başa çatdı

  • >
1 235 11 Avqust 2014 18:01 | Cəmiyyət

Teleaparıcı İlham Mirzəyevin barəsində başlanmış cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

AzNews.az xəbər verir ki, bu barədə APA-ya təqsirləndirilən şəxsin vəkili Adəm Məmmədov məlumat verib. Onun sözlərinə görə, hazırda vəkillər cinayət işinin materialları ilə tanış olurlar. Yaxın günlərdə iş baxılması üçün məhkəməyə göndəriləcək. Qeyd edək ki, İ. Mirzəyev aprelin 11-də saxlanılıb. Onun əməlləri ilə əlaqədar Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə cinayət işi başlanıb, istintaq aparılır.

AzNews.az
Bağla X