Rafiq Əliyevin Rafiq Əliyevin

Ziyalılar Forumunda yenilik - Rafiq Əliyev sədr gətirilir

Rafiq Əliyevin

liyev Bu günlərdə isə AzNews.az-a qurumla bağlı yeni informasiyalar daxil olub.

Məlumata görə, Forumun fəaliyyətinin bərpası və quruma yeni nəfəs verilməsi üçün strukturda da dəyişiklik edilməsi nəzərdə tutulub. Yeniliklərdən ən önəmlisi isə Forumda sədr postunun formalaşdırılması və professor bu vəzifəyə gətirilməsidir. Bununla da Ziyalılar Forumunun daha yaxşı təşkilatlanması və növbəti proseslərdə iştirakı qarşıya qoyulan məqsədlər sırasına daxil edilib.

Yeri gəlmişkən "El" hərəkatının sədri, Ziyalılar Forumunu həmtəsiscisi Eldar Namazov da yığıncaqların birində bu təşəbbüsü dəstəklədiyini və Rafiq Əliyevin Rüstəm İbrahimbəyovu əvəzləyəcəyi ilə bağlı da çıxış edib.

Rafiq Əliyev isə AzNews.az-a açıqlamasında məlumatı təsdiqləməsə də, qurumun fəaliyyətinin daha effektli olması üçün müzakirələrin aparıldığını söyləyib.

O deyib ki, Ziyalılar Forumunun mövcud strukturunda sədr və katib postları yoxdur. Burada ziyalılar milli məsələləri ümumi şəkildə müzakirə edir: "Ziyalılar Forumu hər hansı qurum, partiya ya da təşkilat deyil".

R. Əliyev bildirib ki, ziyalılar vaxtaşırı toplaşıb, baş verən məsələlərə öz münasibətini açıqlayır: "Ziyalılar yenə də vaxtaaşırı yığışır, müzakirələr aparırlar".

Qeyd edək ki, Ziyalılar Forumu 2009-cu ildə yaranıb. Onun əsas təsisçiləri yazıçı Rüstəm İbrahimbəyov, xalq şairi Ramiz Rövşən, professor Cəmil Həsənli və Rafiq Əliyev, o cümlədən "El" hərəkatının sədri Eldar Namazovdur.

Bahar Rüstəmli
AzNews.az