Azərbaycanda istehsalatla əlaqəli bədbəxt hadisələrin sayının azalması ilə müşahidə olunur. AzNews.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Azərbaycanda istehsalatla əlaqəli bədbəxt hadisələrin sayının azalması ilə müşahidə olunur. AzNews.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Azərbaycanda istehsalatda ölüm halları azalıb

Azərbaycanda istehsalatla əlaqəli bədbəxt hadisələrin sayının azalması ilə müşahidə olunur. AzNews.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.



Belə ki, DƏMX tərəfindən cari ilin iyul ayında qeydə alınan istehsalatla əlaqəli bədbəxt hadisələrin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 48 faiz azalaraq 11-ə, istehsalatla əlaqəli qrup halında baş verən bədbəxt hadisələrin sayı isə 50 faiz azalaraq 1-ə enib. İstehsalatla əlaqəli bədbəxt hadisələr nəticəsində dünyasını dəyişənlərin sayı 55,5 faiz azalmaqla 4 nəfər, xəsarət alanların sayı isə 46,6 faiz azalmaqla 8 nəfər təşkil edib.

Baş vermiş istehsalat qəzaları ilə bağlı DƏMX tərəfindən əmək qanunvericiliyinə müvafiq şəkildə tədbirlər görülüb.

AzNews.az