13:30
(077) 610-22-33

176 məzuna qızıl medal veriləcək- VİDEO

  • >
775 12 Avqust 2014 20:53 | Cəmiyyət

Bu il orta məktəblərin yekun attestasiya imtahanlarının nəticələrinə uyğun olaraq 176 nəfər qızıl, 25 nəfər isə gümüş medala layiq görülüb. Təhsil Nazirinin əmrinə əsasən verilən bu qızıl və gümüş medalların sahiblərinə hansı imtiyaz vəd etməsi isə gündəmdədir.

ANS TV-nin məlumatına görə, Könül Qurbanova bu il orta məktəbi qızıl meddala bitirib. Bu medalı əldə etmək üçün onun müxtəlif olimpiyadalar, bilik yarışlarında qazandığı diplomların sayı-hesabı yoxdur. Əldə etdiyi uğurlara görə hələ uşaq yaşlarından əzmlə çalışıb.

Qızıl medalçı Könül Qurbanova deyir ki, qızıl medal almaq üçün təkcə qiymətlərin 5 olması kifayət deyil, olimpiyadalarda da iştirak etmək lazımdır.

Qızıl medal alan Könül ali məktəbə qəbul imtahanında da iştirak edib və ən yüksək 700 bal toplayaraq tələbə adını qazanıb.

Baxmayaraq ki, Sovet dövründə məktəbi əla qiymətlərlə bitirənlər qızıl medalla təltif olunurdu. Məktəbi fərqlənməylə bitirənlər bir imtahan, bəzənsə imtahansiz belə ali məktəblərə daxil ola bilirdi. Amma indi verilən medalların belə bir üstünlükləri yoxdur. Bu qızıl medallar məzunlara fərqlənmələrinə görə heç bir imtiyaz vermir.

Təhsil üzrə ekspert Şahlar Əsgərov isə hesab edir ki, orta məktəbləri bitirən məzunlar arasında qızıl medal alanların sayı çox az olduğundan onlar ali məktəblərə imtahansız qəbul olunmalıdırlar: "Amma bir şərtlə ki, şagird qızıl medala həqiqi savadı nəzər alaraq görülsün. Yəni burda məktəb direktorunun və digər aidiyyatı şəxslərin xüsusi marağı olmasın".

Qaydalara əsasən, ümumtəhsil məktəbində təhsil aldığı müddətdə xüsusi nəticələrilə bərabər nümunəvi davranışı ilə fərqlənən tam orta təhsil səviyyəsinin məzunlarının namizədliyi qızıl və ya gümüş medalla təltif olunmaq üçün təqdim edilə bilər. Belə ki, rayon, şəhər, ölkə və beynəlxalq səviyyəli bilik yarışlarında, müsabiqə və layihələrdə mükafata layiq görülmə şagirdin qızıl və ya gümüş medalla təltifi üçün namizədliyinin irəli sürməsinə zəmin yarada bilər.

AzNews.az
Bağla X