Sabah günün ikinci yarısında Bakıda və Abşeron yarımadasında əsən külək tədricən mülayimləşəcək. Sabah günün ikinci yarısında Bakıda və Abşeron yarımadasında əsən külək tədricən mülayimləşəcək.

Sabaha olan hava proqnozu

Sabah günün ikinci yarısında Bakıda və Abşeron yarımadasında əsən külək tədricən mülayimləşəcək.



Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan AzNews.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında avqustun 14-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Avqustun 13-dən 14-nə keçən gecə yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı proqnozlaşdırılır. Şimal-qərb küləyi günün ikinci yarısında tədricən mülayimləşəcək.

Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 24-27, gündüz 30-34 dərəcə isti olacaq.

Azərbaycanın bölgələrində, əsasən şimal və qərb rayonlarında şimşək çaxacağı, yağış yağacağı ehtimalı var. Qərb küləyi əsəcək, gecə və səhər ayrı-ayrı yerlərdə güclənəcək.

Aran rayonlarında havanın temperaturu gecə 21-26, gündüz 33-38, dağlarda gecə 12-17, gündüz 23-28 dərəcə isti olacaq.

AzNews.az