01:59
(077) 610-22-33

Cəmil Çiçək yaralı əsgərlərimizə baş çəkdi - Foto

  • >
637 14 Avqust 2014 13:32 | Cəmiyyət

Türkiyə Böyük Millət Məclisinin sədri Cəmil Çiçək Türkiyədə müalicə alan yaralı əsgərlərimizə, o cümlədən Qəzzadan olan yaralılara baş çəkib.



"Qafqazinfo" Türkiyə KİV-nə istinadən xəbər verir ki, C.Çiçək azərbaycanlı əsgər, 19 yaşlı Sərxan Tahirzadəni ziyarətində "Allahın təqdirinə bax ki, yan tərəfdə Qəzza, burada Azərbaycan. İki vəhşilik yaşanır, heç kimin vecinə deyil" sözlərinə yer verib.

Azərbaycan torpaqlarının 20 ildir Ermənistanın işğalı altında olduğunu deyən məclis sədri qaçqın düşən 1 milyondan çox insanın çətinlik çəkdiyini qeyd edib. O, dünyanın bundan xəbəri olmadığını vurğulayıb: "Olanlar da elə bir iş görmür. Dünya 20 ili aşan sıxıntıya təəssüf ki, maraq göstərmir. Sanki bu sıxıntılar ancaq Suriya və İraqda yaşanır, Azərbaycanda isə yaşanmayıb və haqsız işğal hələ davam etmir. Minsk qrupu adlı bir qrup yaradıldı. İldə bir dəfə at quyruğunu sallayana qədər toplanır. İndiyə qədər gördükləri bir iş yoxdur".

AzNews.az
Bağla X