02:57
(077) 610-22-33

Zərərli dini ədəbiyyatlarla bağlı Dini Komitədən açıqlama

  • >
666 15 Avqust 2014 13:43 | Cəmiyyət

“Əvvəlki illərə nisbətən ölkə ərazisində zərərli dini ədəbiyyatların aşkar edilməsində azalma tendensiyası müşahidə edilir”.



AzNews.az-ın məlumatına görə, bunu Dini İşlər üzrə Dövlət Komitəsinin (DQİDK) Dinşünaslıq eskpertizası, ictimai əlaqələr və analitik təhlil şöbəsinin müdir müavini Əliheydər Zülfüqarov jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, Dini İşlər üzrə Dövlət Komitəsi ölkə ərazisinə idxal olunan, eləcə də ölkədə istehsal olunan bütün dini ədəbiyyatların ekspertizasını həyata keçirir. Aparılan ekspertizaların nəticələrinə görə, ölkə ərazisində zərərli hesab olunan dini ədəbiyyatlar da aşkaq olunaraq onların yayılmasının qarşısı alınır. Dövlət Komitəsi bu istiqamətdə fəaliyyətini dayanmadan davam etdirir.

DQİDK rəsmisi qeyd edib ki, cəmiyyətdə istənilən dini dünyagörüşə hörmətlə yanaşılmalıdır: "Dövlətin məqsədi cəmiyyətdə xoş münasibətlərin, dinlər, dini qurumlar və icmalar, ümumiyyətlə dini təfəkkürünü ehtiva edən bütün cameələr arasında yüksək səviyyədə tolerantlıq münasibətlərinin yaranmasıdır. Azərbaycan xalqının tolerantlıqla bağlı öynəsi çox məqamları var. Tolerantlıq müxtəlif dinlərə, müxtəlif təfəkkür tərzinə malik insanlara dözümlü yanaşmaqla yanaşı, hər bir fərdin özünün dünyagörüşünə hörmətlə yanaşmaqdır. Kimsə zorakılığı, qarşıdurmanı təbliğ edirsə, cəmiyyət olaraq belə şəxslərə, cərəyanlara qarşı birləşməliyik. Antihumanist, antitolerant mühitə təsir göstərən mənfi tendensiyaların mübarizəsində birləşməliyik".

Ə.Zülfüqarov əlavə edib ki, bu sahədə dini maarifləndirmənin və özü də düzgün metodlarla aparılması çox vacibdir: "Çünki maarifləndirmə düzgün aparılmadıqda bu, cəmiyyətdə müəyən fəsadlara gətirib çıxara bilər".

Əhməd
AzNews.az
Bağla X