Azərbaycanın müxtəlif şəhər və rayonlarında yolkənarı səyyar ticarət bəzi sahibkarlar üçün gəlir mənbəyidir. Azərbaycanın müxtəlif şəhər və rayonlarında yolkənarı səyyar ticarət bəzi sahibkarlar üçün gəlir mənbəyidir.

Yol kənarındakı ticarətin təhlükəsi - Video

Azərbaycanın müxtəlif şəhər və rayonlarında yolkənarı səyyar ticarət bəzi sahibkarlar üçün gəlir mənbəyidir.


AzNews.az-ın məlumatına görə, TTV ölkənin magistral yollarından reportaj hazırlayıb. Reportajda bildirilir ki, magistral yolların kənarında qurulan bu ticarət köşkləri həm də təhlükə mənbəyidir. Ola bilsin yol kənarından bazarlıq etmək hər iki tərəf üçün, həm alıcıya, həm də satıcıya faydalıdır. Amma faydalı olduğu qədər də təhlüklidir.

Mütəxəsislər hesab edirlər ki, magistral yolların kənarında sürücünün diqqətini yayındıran hər bir obyek real təhlükə mənbəyidir. Ona görə də yolların kənarında yol nişanlarını göstərən lövhələrdən başqa heç nə olmamalıdır. Səyyar ticarət obyektlərinin fəaliyyəti isə qanunvericiliklə qadağan olunub. Şöbə rəisi deyir ki, bu səyyar ticarətin qarşısını almaq mümkün olmur. Əslində satıcılar yol kənarı ticarətlə həm öz, həm də yoldan ötənlərin həyatına təhlükə yaratdıqlarının fərqindədirlər. Bakı – Qazax magistralının Tovuz rayonundan keçən hissəsində çəkiliş apardığımız ərəfədə də yol kənarından bazarlıq etmək istəyən sürücünün qəzadan çətinliklə yayına bildiyinin şahidi olduq. Ona görə də atalar demişkən, yolçu yolda gərək. Bazarlıqda yox.




AzNews.az