22:27
(077) 610-22-33

Dövlət qulluğuna qəbul olmaq istəyənlərin nəzərinə

  • >
1 298 16 Avqust 2014 11:10 | Cəmiyyət

Bir müddət öncə məlumat vermişdik ki, Azərbaycan Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya "Onlayn sınaq test imtahanlarının keçirilməsi" xidmətini istifadəyə verib.

Artıq sözügedən xidmət "Elektron hökumət" portalına ("e-gov.az") inteqrasiya edilib.

Elektron xidmət inzibati vəzifələrin beşinci-yeddinci təsnifatlarına uyğun olan vakant vəzifələr üzrə dövlət qulluğuna qəbul olmaq istəyən vətəndaşlar ilə onlayn sınaq test imtahanının keçirilməsi üçün istifadə edilir.

Xidmətin göstərilməsi nəticəsində vətəndaşa sınaq imtahanının nəticəsi barədə arayış verilir.

Qeyd edək ki, ümumilikdə, Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın "Elektron hökumət" portalı istifadəçilərinin ixtiyarına verdiyi xidmətlərinin sayı 5-ə çatıb.

Mincom.qov.az
Bağla X