Bu gün Azərbaycanda Sərhəd Mühafizəsinin yaranmasının 95-ci ildönümüdür. Bu gün Azərbaycanda Sərhəd Mühafizəsinin yaranmasının 95-ci ildönümüdür.

Azərbaycanda Sərhəd Mühafizəsinin yaranmasının 95 il ötür

Bu gün Azərbaycanda Sərhəd Mühafizəsinin yaranmasının 95-ci ildönümüdür.



AzNews.az-ın məlumatına görə, 18 avqust 1919-cu il tarixində Azərbaycan Xalq Cümhuriyyətinin parlamenti ölkənin sərhədlərinin mühafizəsi haqqında qanun qəbul edib. Bununla da Cümhuriyyətin Hərbi Nazirliyinin tərkibində ilk Sərhəd Qoşunları dəstəsi yaradılıb.

Sovet dövründə Sərhəd Qoşunları SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin strukturu kimi mövcud olub. Azərbaycan müstəqilliyini bərpa edəndən sonra da sərhəd xidməti bir müddət Milli Təhlükəsizlik Nazirliyinin tərkibində fəaliyyət göstərib.

Dövlət başçısının 2002-ci il 31 iyul tarixli fərmanı ilə isə Milli Təhlükəsizlik Nazirliyinin Sərhəd Qoşunları İdarəsinin əsasında Dövlət Sərhəd Xidməti yaradılıb. Dövlət Sərhəd Xidmətinin rəisi -Sərhəd Qoşunlarının komandanı təyin edilib.

Ölkə prezidentinin 2000-ci il 16 avqust sərəncamı ilə avqustun 18-nin Azərbaycanda Sərhəd Qoşunları əməkdaşlarının peşə bayramı günü kimi qeyd olunması qərara alınıb.

Hazırda Dövlət Sərhəd Xidmətinin rəisi -Sərhəd Qoşunlarının komandanı, general-polkovnik Elçin Quliyevdir.

AzNews.az