10:19
(077) 610-22-33

Leyla Əliyeva gənclərə müraciət etdi - MƏTN (FOTO)

  • >
1 925 18 Avqust 2014 15:39 | Cəmiyyət

Prezidenti İlham Əliyevin böyük qızı, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva azərbaycanlı gənclərə müraciət edib.
AzNews.az-ın məlumatına görə, L. Əliyeva "Facebook" səhifəsində oxuculara etdiyi müraciətində hamını vətəni sevməyə, onun üçün çalışmağa səsləyib.
Rus dilində olan yazı tərcümə ilə təqdim olunur:

"Azərbaycanın müstəqilliyini qoruyan döyüşçülərə - əsgərlərə, sərhədi mühafizə edən əməkdaşlara, eləcə də ictimai və siyasi liderlərə, ziyalılara, hökumət rəsmilərinə, adi vətəndaşlara, vətənini sevən hər bir kəsə müraciət edirəm. Gələcəyimiz öz əlimizdədir. Bu gün biz sizinlə birgə vətənimizin sahibiyik. Artıq ölkəmizin taleyini özümüz həll etmək şansı qazanmışıq. Qarşımızda dayanan yeganə məsələ bu fürsəti əldən verməmək, müstəqil respublikamızı qoruyub saxlamaqdır. Onu əldə saxlamalı, müstəqilliyimizi qorumalı, ölkəmizi inkişaf etmiş dövlətlərin səviyyəsinə qaldırmalıyıq. Dünyada layiqli yerimizi tutmalıyıq".

L. Əliyeva deyib ki, Rusiyadakı Azərbaycanlı Gənclər Təşkilatının rəhbəri kimi o bu tapşırığı özü üçün borc bilir.
O əlavə edib ki, hər bir vətənpərvər azərbaycanlı bunu öz şəxsi vəzifəsi hesab edir.



AzNews.az
Bağla X