02:18
(077) 610-22-33

Əli Əliyev 47-yə çatdı

  • >
1 383 19 Avqust 2014 10:03 | Cəmiyyət

Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyevin 47 yaşı tamam olub.



AzNews.az xəbər verir ki, Əli Nadir oğlu Əliyev 1967-ci il avqustun 19-da Bakı şəhərində anadan olub. 1974-84-cü illərdə Bakı şəhəri Nərimanov rayonu 45 saylı orta məktəbdə təhsil alıb. 1984-cü ildə Azərbaycan Dövlət Tibb İnstitutuna (indiki Azərbaycan Dövlət Tibb Universitetinə (AzTU)) daxil olub, həmin institutu 1991-ci ildə fərqlənmə diplomu ilə bitirib. 1991-ci ildə AzTU-nun Biokimya Kafedrasında əmək fəaliyyətinə başlayıb. Hal-hazırda AzTU-nun müəllimi, biologiya elmləri namizədidir. Milli-azadlıq hərəkatının fəal iştirakçısı və 1989-91-ci illərdə Azərbaycan Xalq Cəbhəsinin (AXC) üzvü olub. 1992-ci ildə Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) qurulmasında yaxından iştirak edib. AMİP Gənclər Təşkilatının sədri, partiya sədrinin təşkilati məsələlər üzrə müavini olub. 2005-ci ildə AMİP-in qurultayında partiyanın sədri seçilib.

Partiyadakı fikir ayrılığına görə, Ə.Əliyev 2006-cı il mayın 28-də Vətəndaş və İnkişaf Partiyası (VİP) təsis edib. O, 2006-cı ildə Xalq Cəbhəsi (AXCP) Demokrat (ADP), Liberal (ALP) və VİP-in iştirakı ilə yaradılan və 2010-cu ilə qədər fəaliyyət göstərən "Azadlıq" siyasi blokunun həmtəsisçisi və həmsədri olub. 2010-cu il parlament seçkiləri çərçivəsində yaradılmış (VİP, ALP və Yaşıllar partiyası) "İnsan Naminə" seçki blokuna rəhbərlik edib. Ə.Əliyev 2013-cü ildə keçirilmiş prezident seçkilərində namizədliyini irəli sürsə də, MSK onun namizədliyinin qeydə alınmasından imtina edib.
Bağla X