11:53
(077) 610-22-33

Havalar sərinləşir

  • >
1 061 19 Avqust 2014 12:22 | Cəmiyyət

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, yağmursuz olacağı gözlənilir. Şimal-şərq küləyi əsəcək.




Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AzNews.az-a daxil olan xəbərə görə, havanın temperaturunun gecə 24-28, gündüz 36-39, yarımadanın bəzi yerlərində 41 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan aşağı 757 mm civə sütunu, nisbi rütubət gecə 75-85, gündüz 50-60 faiz təşkil edəcək.
Abşeron çimərliklərində dəniz suyunun temperaturu: Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 26-27, Zağulba, Mərdəkan, Şüvəlan, Buzovnada 27-28, Türkan, Hövsan, Şıx, Sahildə 28-29 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında isə hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam və gecə bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı istisna olunmur. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 21-26, gündüz 35-40, bəzi yerlərdə 43, dağlarda gecə 15-19, gündüz 27-32 dərəcə isti olacağı gözlənilir.

AzNews.az
Bağla X