10:21
(077) 610-22-33

“Vəfa Quluzadə erməni dəyirmanına su tökür” - Sabiq nazir

  • >
2 421 21 Avqust 2014 15:12 | Cəmiyyət

Türkoloq-alim, Azərbaycanın keçmiş təhsil naziri Firudin Cəlilov politoloq Vəfa Quluzadəni sərt tənqid edib.



AzNews.az-ın məlumatına görə, Dünya Azərbaycanlıları Konqresi (DAK) "Yaxın Şərq olayları və İraq türkmənlərinin taleyi" mövzusunda keçirilən dəyirmi masada çıxışı zamanı F. Cəlilov deyib ki, V. Quluzadə Azərbaycanın dövlətçilik tarixi haqda dedikləri erməni dəyirmanına su tökməkdir: "Bir neçə gün əvvəl Vəfa Quluzadənin Azərbaycanın tarixi ilə bağlı fikirlərini gördüm. Onun mövqeyinə təəssüf edirəm. Vəfa bəy deyir ki, Azərbaycanda dövlətçilik ənənəsi 20-ci əsrdən başlayır. Bu da bizim ən böyük politoloqumuz. Ermənilər də elə bunu deyir. Onlar iddia edir ki, Azərbaycan adlı dövlət olmayıb. Bizim siyasətçimiz isə bu açıqlaması ilə ermənilərin dediyini təsdiq edir".

Məhəmməd
AzNews.az
Bağla X