01:12
(077) 610-22-33

İHH başqanı yaralı əsgərlərimizi ziyarət etdi

  • >
971 21 Avqust 2014 15:43 | Cəmiyyət

Bülent Yıldırım: “Biz hər an Azərbaycana və yardıma ehtiyacı olan qardaşlarımıza yardıma hazırıq”


Türkiyənin nüfuzlu İnsani Yardım Vəqfinin (İHH) başqanı Bülent Yıldırım Ankarada müalicə olunan Azərbaycan əsgərlərini ziyarət edib. Bu barədə İHH-dan məlumat verilib.

Xəbərə görə, Prezident Abdullah Gülün Vida Mərasiminə qatılmaq üçün Ankarada səfərdə olan Bülent Yıldırım daha sonra əsgərlərimizə baş çəkib, durumları ilə maraqlanıb.

Yaralı əsgərlərimizə Allahdan şəfa diləyən İHH başqanı xəstəxana rəhbərliyindən xəstələrin durumu ilə bağlı məlumat alıb. İHH olaraq, hər an Azərbaycana və yardıma ehtiyacı olan qardaşlarımıza yardıma hazır olduqlarını bildirən Bülənt bəy qeyd edib ki, İHH həmişə Qarabağ məsələsinə həssas yanaşıblar.

Məşhur Mavi Mərmərə olayından tanıdığımız İHH I Qarabağ müharibəsi dönəmində Azərbaycan məcburi köçkünlərinə uzun müddət yardım etmişdir. Bu il isə Xocalı soyqırımına həsr olunan "Xocalı raporu" adlı dərgi yayımlayaraq, Azərbaycan xalqına öz sədaqətlərini nümayiş etdiriblər.

Qeyd edək ki, Xocalı dərgisinin hazırlanmasındakı xidmətlərinə görə, araşdırmaçı jurnalist Aqil Ələsgər İHH-nın xüsusi plaketi ilə mükafatlandırılmışdır.

AzNews.az
Bağla X