01:58
(077) 610-22-33

Heydər Əliyev Sarayı mövsüm açılışına hazırlaşır

  • >
551 21 Avqust 2014 16:06 | Cəmiyyət



Hər il yeni konsert mövsümünə böyük məsuliyyətlə, yüksək səviyyədə hazırlaşan Heydər Əliyev Sarayı bu mövsümdə də zəngin proqramla qapılarını tamaşaçıların üzünə açacaq. Bu konsert mövsümündə insanlar saray səhnəsindən maraqlı, rəngarəng, möhtəşəm konsert və tədbirlərə tamaşa edəcəklər.

Heydər Əliyev Sarayı yeni konsert mövsümünü sentyabrın 19-da "İSTİ PAYIZIN SƏRİN NƏĞMƏLƏRİ" adlı geniş konsert proqramı ilə açacaq.

Heydər Əliyev Sarayının təşəbbüsü ilə keçiriləcək konsertdə ölkənin ən tanınmış sənətçiləri iştirak edəcək.

Konsertdə xalq artistləri, əməkdar artistlər, muğam ustaları, tanınmış müğənnilər və rəqs qrupları iştirak edəcək.

Konsert saat 19:00-da başlayacaq.
Biletləri şəhərimizin kassalarından əldə etmək olar.

AzNews.az
Bağla X