17:45
(077) 610-22-33

Müdafiə Nazirliyi hərbi texnikanın dislokasiyasına aydınlıq gətirdi

  • >
1 170 21 Avqust 2014 18:14 | Cəmiyyət

"Azərbaycan Silahlı Qüvvələrinin hərbi texnikasının daşınması, əvəz edilərək yerlərinin dəyişdirilməsi planlı surətdə həyata keçirilir və bölmələrin döyüş tapşırığının yerinə yetirilməsi üçün tələb olunan daimi döyüş hazırlığı qabiliyyətinin saxlanılması məqsədini daşıyır".

Virtualaz.org saytı xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Məlumatda qeyd olunur ki, bu məsələdə əlavə şərhə, mülahizələrə ehtiyac yoxdur və hər hansı bir müzakirənin aparılması dövlət maraqlarımıza ziddir.

Qeyd edək ki, bu gün bəzi KİV-lərdə və sosial şəbəkələrdə Ağstafa rayonu ərazisində hərbi texnikanın daşınması barədə informasiyalar yer almışdı.

AzNews.az
Bağla X