Qafqaz Universitetinin professoru, politoloq Fərhad Mehdiyev BMT-də yeni vəzifəyə təyin olunub. Qafqaz Universitetinin professoru, politoloq Fərhad Mehdiyev BMT-də yeni vəzifəyə təyin olunub.

Azərbaycanlı politoloqa BMT-də vəzifə verildi

Qafqaz Universitetinin professoru, politoloq Fərhad Mehdiyev BMT-də yeni vəzifəyə təyin olunub.


Fərhad Mehdiyev Aktual.az-a açıqlamasında xəbəri təsdiqləyib.

O bildirib ki, BMT-nin Orta Asiya ölkələri üzrə xüsusi proqramı çərçivəsində hüquq müşaviri vəzifəsinə təyin olunub:

"Missiyam oktyabrın 1-də başlasa da, sentyabrın 16-da Nyu-Yorka təlimlərə gedəcəm. Bizim işimiz Azərbaycanın və Əfqanıstanın da daxil olduğu Orta Asiya ölkələrinin qanunvericiliyinin BMT standartlarına uyğunluğunu araşdırıb, müvafiq dəyişiklilər təklifi verməkdən ibarət olacaq. Yəni bu ölkələrin qanunvericiliyini işləyəcəyik. Mən isə konkret olaraq Ümumdünya Ticarət Təşkilatı, Dünya Bankı kimi, müvafiq iqtisadi sahələr üzrə ekspert qismində çalışacam".

Fərhad Mehdiyevlə 6 illik müqavilə imzalanıb.

AzNews.az